herrac-kecirildi-mebleg

Hərrac keçirildi - MƏBLƏĞ

6 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50103290S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351(6.01%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,128,334,500.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351(6.01%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 03.11.2021-ci ildir.