herrac-kecirildi-mebleg

Hərrac keçirildi - MƏBLƏĞ

01 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İnsider.az  xəbər verir ki, hərracda tələb 69,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 30 Mart 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 80,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 22 valyuta hərracında 1 milyard 549,2 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.