herrac-kecirildi-mebleg

Hərrac keçirildi - MƏBLƏĞ

13 İyul 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 53,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 08 İyul 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 45,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 49 valyuta hərracında banklara 2 milyard 987,92 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.