29 dekabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki hərracda tələb 83 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, tələb 03 dekabr 2020-ci il tarixində keçirilmiş hərracda 63,1 milyon ABŞ dolları, 08 dekabr 2020-ci il tarixində 66 milyon ABŞ dolları, 10 dekabr 2020-ci il tarixində keçirilmiş hərracda 67 milyon ABŞ dolları, 15 dekabr 2020-ci il tarixində 70 milyon ABŞ dolları, 17 dekabr 2020-ci il tarixində keçirilmiş hərracda 70,8 milyon ABŞ dolları, 22 dekabr 2020-ci il tarixində keçirilmiş hərracda 74,3 milyon ABŞ dolları, 24 dekabr 2020-ci il tarixində keçirilmiş hərracda isə 79,8 milyon ABŞ dolları təşkil etmişdi.