Azərbaycan Hesablama Palatası vergi ödəyiciləri haqqında məlumatlar əldə edə biləcək.
İnsider.az-ın məlumatına görə, bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı "Hesablama Palatası haqqında" qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə Hesablama Palatasına verə bilərlər.
Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.
©Ona