Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
İnsider.az xəbər verir ki, iclasda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi üzrə uyğunluq auditinə dair, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin təhlilinə dair hesabatlar müzakirə olunub.
Hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə qərarlar qəbul olunub, qərarların icrasını təmin etmək üçün aidiyyəti qurumlara onların göndərilməsi, Milli Məclisə müvafiq məlumatların təqdim olunması qərara alınıb.
İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.
©Report