heyvan-yaglarina-gomruk-rusumu-mueyyen-edilib

Heyvan yağlarına gömrük rüsumu müəyyən edilib

Azərbaycana idxal edilən sənayedə tətbiq üçün heyvan yağlarına 5% gömrük rüsumu müəyyən edilib.

İnsider.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, qidada istifadə olunan məhsulların istehsalından başqa, sənayedə tətbiqi üçün heyvan yağına gömrük dəyərinin 5%-i həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, indiyə qədər sənayedə tətbiqi üçün emulsiya halına gətirilməmiş və ya qarışıq olmayan, yaxud hər hansı başqa üsulla hazırlanmamış lyard-stearin və oleostearin yağlarına 5% idxal gömrük rüsumu, digərləri üçün 15% idxal gömrük rüsumu tətbiq olunub.