hilal-elver-azerbaycana-gelir

Hilal Elver Azərbaycana gəlir

BMT-nin Ərzaq məsələləri üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfərə gələcək.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatında bildirilib.  

Bildirilib ki, bu, H.Everin Azərbaycana ilk səfəridir.

Xüsusi məruzəçi Azərbaycana səfəri çərçivəsində Bakıya, Qubaya və Gəncəyə gedəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

Ekspert kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən, münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi planlaşdırır.  

Xüsusi məruzəçi səfərinə dair ilkin müşahidələrini səfərin sonunda, oktyabrın 11-də mətbuat konfransında təqdim edəcək.

Səfərlə əlaqədar H.Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.

Səfər oktyabrın 1-11 tarixlərində reallaşacaq.

©Oxu.az