hindistan-merkezi-banki-5-ci-defe-faiz-endirib

Hindistan Mərkəzi Bankı 5-ci dəfə faiz endirib

Hindistan Mərkəzi Bankı qlobal iqtisadi artım yavaşladığına görə bu il ard-arda beşinci dəfə faiz endirib.

İnsider.az xəbər verir ki, faiz endirimi iqtisadi inkişafı daha aqressiv bir şəkildə dəstəkləmək üçün edilib. 

RBI tərəfindən Cümə günü verilən məlumata görə, Bank  faizi 25 bənd azaldaraq 5.15 faiz səviyyəsinə endirib. "Bloomberg"in sorğusuna qatılan 39 iqtisadçının əksəriyyəti 25 bənd faiz endirimi nəzərdə tuturdu.

Mərkəzi Bank tərəfindən verilən açıqlamada "daxili tələbatı yenidən canlandırmaq üçün siyasət sahəsi mövcuddur", - ifadəsi yer alıb. 

Dünyada əksər mərkəzi banklar ABŞ - Çin ticarət gərginliyinin daha da ağırlaşdırdığı qlobal yavaşlamanı tarazlaşdırmaq üçün faiz endirilər. Avstraliya bu həftənin əvvəlində ilin üçüncü faiz endiriminə gedib, Filippin və İndoneziya da keçən ay ekspansionist addımlar atmışdır. 

© Marja