hindistandan-irandan-sonra-kriptovalyutaya-qadaga-addimi

Hindistandan İrandan sonra kriptovalyutaya qadağa addımı

Hindistan hökumətinə bağlı bir çalışma qrupu ölkə daxilində kripto valyutalarının satışına qadağa qoyulması təklifini təqdim edib.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hindistan İqtisadi İşlər naziri Subhash Chandra Garg'ın liderliyində təqdim edilən təklifdə "kripto pul vahidləri mədənçiliyi, istehsalı, satışı, transferi edən və ya bazara kripto pul vahidi sürən" kəslərə 10 il həbs cəzası verilməsi tələb edilir.

Qeyd edək ki, keçən həftələrdə İran Mərkəzi Bankı sədrinin müavini Nasir Hakimi Qaçaq Pulla Mübarizə Ali Şurasının qərarı ilə Bitkoin ilə edilən əməliyyatların qadağan edildiyini açıqlamışdı.

Nübar Lətifli