30 iyul tarixində Harvard Kennedy Məktəbinin Məzunlar Şəbəkəsinin (HKS) təşkil etdiyi İqlim dəyişikliyi mövzusunda vebinar baş tutmuşdur.
Vebinara həmçinin HKS-nin professoru Henry Lee qatılmışdır. Sözügedən tədbirdə dünyanın müxtəlif ölkələrindən olan 50-dən çox dinləyici iştirak etmişdir.
Vebinar zamanı professor Henry Lee, iştirakçılara iqlim dəyişikliyi, qlobal istiləşmə və bu problemlərin həlli yollarına dair geniş məlumat verdi. Müzakirələrdə əsasən karbon vergisi, yaşıl sənaye parkları və iqlim maliyyələşməsi mövzuları yer aldı. Bu mövzular ətrafında maraqlı və aktual suallar verən vebinar iştirakçıları arasında dəyərli fikir mübadiləsi həyata keçdi.
Tədbirin sonunda iştirakçılara təşəkkür edən HKS - Harvard Kennedy məktəbinin məzunların Azərbaycan üzrə səfiri Urxan Seyidov, professor Leeni COP29 tədbirinə dəvət etdi.