Dekabrın 14-dən etibarən Honkonq hakimiyyəti Çinin bu xüsusi inzibati bölgəsinə daxil olan insanlar üçün üç günlük məhdudiyyətləri aradan qaldıracaq.
Bu barədə jurnalistlərə Honkonq administrasiyasının rəhbəri Con Li bildirib.
Qərar ən son məlumatlara və koronavirusun yayılması ilə bağlı risk qiymətləndirmələrinə əsaslanır.
Onun sözlərinə görə, xaricdən gətirilən yoluxma təhlükəsi “yerli” infeksiyadan daha aşağıdır.
Bundan sonra koronavirus testi mənfi çıxan sərnişinlərə smartfonlardakı xüsusi proqramda “narıncı sağlamlıq kodu” verilməyəcək.
Daha əvvəl girişdə QR kodlarının skan edilməsi tələb olunan barlar, restoranlar, muzeylər, məbədlər kimi müəssisələrə baş çəkmək üçün üç günlük məhdudiyyət tətbiq olunurdu.
Son sutka ərzində Honkonqda koronavirus infeksiyasına 14 717 yeni yoluxma halı aşkarlanıb ki, onların da 5%-ni xaricdən gələnlər təşkil edir.