Honkonqdakı siyasi böhran iri investorları qorxudub və onlar artıq öz vəsaitlərini aktiv şəkildə ölkədən çıxarmağa başlayıblar. İnsider.az bu xəbəri “Bloomberg”-ə istinadən çatdırır.
Bankirlərdən biri agentliyə bildirib ki, Honkonqdan vəsaitlərin köçürülməsi sorğularının çoxunu o, pullarının qorunmasını onsuz da müxtəlif ölkələr üzrə bölüşdürən həddən artıq zəngin müştərilərdən deyil, var-dövləti 10 milyondan 20 milyon dollara qədər olan milyonçulardan alır.
Agentliyin qeyd etdiyinə görə, hazırkı siyasi böhran saxlanılan vəsaitlərin Çin və Honkonqdan Çin hakimiyyətinin əl çatmadığı yerə növbəti köçürülmə dalğasına səbəb olub. Pullarını əvvəllər ÇXR-də saxlayan imkanlı vətəndaşlar üçün prioritet istiqamət Sinqapur oldu. “Boolmberg” qeyd edir ki, Sinqapur digər maliyyə mərkəzlərindən fərqli olaraq bir neçə üstünlüyə malikdir – bunlar elə həmin dil, siyasi sabitlik və coğrafi yaxınlıqdır.
Samirə Məmmədova