hsbc-ixtisarlara-getmeye-qerar-verib

HSBC ixtisarlara getməyə qərar verib

Böyük Britaniyanın investisiya bankı HSBC koronovirus (COVID-19) pandemiyasının mənfi təsirləri fonunda xərclərini azaltmaq üçün 35 min iş yerini ixtisar etməyə qərar verib. 

İnsider.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, bank bütün xarici şöbələrində işəgötürmə proqramlarını da dayandıracaq.

Xatırladaq ki, HSBC ixtisarlar barədə ilk dəfə bu ilin əvvəlində qərar qəbul etmişdi. Amma o zaman Bank qərarını təxirə salmış və pandemiya dövründə bu addımın səhv olacağını açıqlamışdı. Bununla belə, maliyyə qurumunun mənfəətin azalması və gələcək vəziyyəti ilə bağlı proqnozlarının getdikcə pisləşməsi onu ixtisarlara getməyə vadar edib. 

Onu da qeyd edək ki, bu ilin mart ayından fond birjalarında HSBC-nin səhmləri 27% ucuzlaşıb.