hsbc-problemli-kreditler-uzre-ehtiyatlarini-5-defeden-cox-artirib

“HSBC” problemli kreditlər üzrə ehtiyatlarını 5 dəfədən çox artırıb

Bu ilin I rübündə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə İngiltərənin bank nəhəngi “HSBC”in vergidən əvvəlki qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 48% azalaraq 3,2 milyard ABŞ dollara enib.

İnsider.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata görə, eyni dövrdə problemli kreditlər üçün ayrılan ehtiyatlar təxminən 5,13 dəfə və ya 2,4 milyard ABŞ dolları artaraq 3 milyard ABŞ dollara yüksəlib. Hesabat dövründə bankın kapital dövriyyəsi 10,6%-dən 4,2%-ə enib.

Bundan başqa, koronavirusun təsiri ilə iqtisadiyyatda mənfi tendensiyanın davam edəcəyi təqdirdə, digər rüblərdə də gəlirlərin azalması tendensiyasının davam edəcəyi bildirilib.

Qeyd edək ki, ötən ay “HSBC” İngiltərə Mərkəzi Bankının təzyiqi ilə, bu il, 74 ildən sonra ilk dəfə dividend ödəməməyə qərar vermişdi.

Report