“Huawei” ABŞ-ın “Verizon” operatorundan öz 230 patentinə görə 1 milyard dollardan çox məbləğ ödəməyi tələb edib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
“The Wall Street Journal”-ın məlumatına görə, söhbət avadanlığa, infrastruktura, əşyalar interneti texnologiyalarına və s. olan patenlərdən gedir. Mənbələr deyir ki, “Huawei” “Verizon”-a bu məsələ ilə hələ cari ilin fevralında müraciət edib.
Patentlər “Verizon”-un 20-dən çox təchizatçısının işində istifadə edilir. Mənbələrə görə, bu şirkətlər ABŞ operatoruna ziyanın əvəzini ödəməlidirlər. Onların bəzilərinə “Huawei” birbaşa müraciət edib.
2019-cu ilin iyununda isə “Huawei” və “Verizon” nümayəndələri Nyu-Yorkda mübahisəli patentlərdən bəzilərinin müzakirəsi üçün görüşüblər. “Verizon” bunun hüquqi məsələ olduğuna istinad edərək, şərh etməkdən imtina edib. “Huawei” də məsələ ilə bağlı heç bir məlumat verməyib.
Samirə Məmmədova