huawei-abs-i-mehkemeye-verib

“Huawei” ABŞ-ı məhkəməyə verib

Çinin “Huawei” şirkəti məhkəməyə müraciət edərək ABŞ hakimiyyəti tərəfindən müsadirə olunmuş avadanlıqlarının qaytarılmağını tələb edib.

Insider.az “Reuters”-ə istinadla bildirir ki, avadanlıqlar  2017-ci ildə Birləşmiş Ştatlardan ÇXR-a daşınan zaman müsadirə olunublar. Çin şirkəti hesab edir ki, Amerika tərəfinin bu hərəkəti ixrac-idxal əməliyyatlarına nəzarət haqqında qanuna müvafiq deyil və qeyri-qanunidir.

“Bildiyimizə görə, "HT" (Huawei Technologies) avadanlıqları bürokratiya səbəbindən Alyaskada anbarda saxlanılır”, - məhkəmə sənədlərində qeyd edilib.

Bildirilir ki, “Huawei” avadanlıqların üzərindən həbsin götürülməyini və onların gələcək taleyi ilə bağlı konkret qərarların verilməyini tələb edir. Cavabdeh tərəf qismində isə ABŞ-ın Ticarət Nazirliyi çıxış edir.

© Oxu.az