huawei-abs-i-mehkemeye-verib

“Huawei” ABŞ-ı məhkəməyə verib

“Huawei” şirkətinin nümayəndələri ABŞ məhkəməsinə şirkətin qara siyahıya salınması barədə qərarı ləğv etmək tələbi ilələ iddia qaldırıblar.

İnsider.az bildirir ki, korporasiyada sadələşdirilmiş məhkəmə qaydası ilə bu cür qanunun konstitusiyaya zidd olduğunun etirafı barədə qərara nail olmağa planlaşdırırlar.

Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi mayın ortalarında “Huawei”-i qara siyahıya salıb və şirkətin amerikan istehsalçılardan texnologiya və komplektasiya hissələrinin satınalmasına qadağaya nail olub.

“Huawei” qadağanı onu, rəqib kimi amerikan bazarından çıxarmaq cəhdi hesab edir.

Samirə Məmmədova