huawei-in-banisi-abs-in-qerari-sirket-ucun-ehemiyyet-kesb-etmir

"Huawei"in banisi: ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir

"Huawei" şirkətinin banisi Jen Çjenfey ABŞ-ın Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarda fəaliyyətini müvəqqəti yeniləməsi qərarına münasibət bildirib.

İnsider.az xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.

Onun sözlərinə görə, ABŞ-ın qərarı "Huawei" üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında "Huawei"yə çata bilməyəcəklər.

Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib.

Daha əvvəl Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

©Marja