“Huawei” telekommunikasiya şirkətinin gəlirləri 2019-cu ilin birinci rübünün nəticələrinə görə 179,7 milyard yuan (26,81 milyard ABŞ dolları) təşkil edib.
İnsider.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün nəticələrindən 39% çoxdur.
Çin nəhəngi xalis mənfəət üzrə göstəricisini açıqlamasada 8% artığını vurğulayır.
©“Finans.az”