hucuma-meruz-qalan-jbs-hakerlere-11-milyon-dollar-odedi

Hücuma məruz qalan JBS hakerlərə 11 milyon dollar ödədi

Dünyanın ən böyük ət şirkəti JBS-in rəhbərliyi sistemlərinə hücum etmiş xakerlərə 11 milyon dollar ödəyib.

Marja xəbər verir ki, bu barədə şirkətin Amerika bölməsinin rəhbəri André Nogueira "Wall Street Journal"a verdiyi müsahibəsində bildirib.

"Cinayətkarlara pul ödəmək çox ağrılı idi, amma müştərilərimizə görə doğru etdik", - o deyib.

Nogueira, şirkətin əksər müəssisələrinin hücum səbəbiylə dayandırılmış işlərini bərpa etməsindən sonra girov pulunun Bitcoin kriptovalyutasında hakerlərə köçürüldüyünü açıqlayıb. 

Bundan əvvəl JBS, Şimali Amerika və Avstraliya bölmələrinin kompüter şəbəkələrinin kiber hücuma məruz qaldığını bildirmişdi. Ağ Evin verdiyi məlumata görə, kiber hücum Rusiyada yerləşən bir cinayət təşkilat tərəfindən edilə bilər.