huquqi-imla-layihesi-kecirilir

"Hüquqi İmla" layihəsi keçirilir

Bugün Azərbaycan Diplomatik Akademiyasında (ADA)  "Hüquqi imla" layihəsi ilə bağlı tədbir keçirilir.

İnsider.az xəbər verir ki, tədbir hüquqi savadlılıq və hüquqi profilaktika üçün ümummilli hərəkatı məqsədi ilə təşkil edilib. 

2016-cı ildə Rusiya Federasiyasında başladılan bu layihə regional olaraq Azərbaycanda davam etdirilir.

Tədbirdə məşhur səyyah Azər Qərib və BP-nin Vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək qazandıqları uğurun sirlərini bölüşüb.

Qeyd edək ki, tədbirdə BP-nin Vitse-prezidenti, ADA-nın, Bakı Dövlət Universitetinin və digər qurumların rəhbər vəzifəli şəxsləri iştirak edir.