“Bu il I ixtisas qrupu üzrə ötən illə müqayisədə 600 baldan yuxarı bal toplayan abituriyentlərin sayı 29 nəfər çox olub”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib.
Onun sözlərinə görə, ötən il I ixtisas qrupu üzrə 611 nəfər 600-dən yuxarı bal toplamışdısa, bu il bu rəqəm 640 olub”.
O qeyd edib ki, bu il I ixtisas qrupu üzrə 500-dən yuxarı toplayan şəxslərin sayı isə doqquz nəfər azalıb:
“200 baldan yuxarı nəticə göstərənlərin sayı 75, 150 bal toplayanların sayı isə 321 nəfər azalıb”.
Oxu.Az