i-sinifler-ucun-bos-qalan-yerlere-qebul-aparilacaq

I siniflər üçün boş qalan yerlərə qəbul aparılacaq

26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:

- Heydər Əliyev adına lisey;

- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

- İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;

- İ.Əfəndiyev adına “Elitar” gimnaziya;

- “Ankara məktəbi” məktəb-lisey;

- 132-134 nömrəli təhsil kompleksi;

- T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

- Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;

- “Zəngi” liseyi.

Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olanlar və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayanlar, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun olaraq qəbul edilirdilər.