icbari-sigortalanmadan-yayinanlar-inzibati-mesuliyyete-celb-edilecekler

İcbari sığortalanmadan yayınanlar inzibati məsuliyyətə cəlb ediləcəklər


İcbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

İnsider.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2019-2020-ci illərdə İnzibati Xətalar Məcəlləsinə əsasən icbari qaydada sığorta müqaviləsi bağlamayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsini təmin etməlidir.

©apa