icbari-sigortaya-gore-cerimeler-artirilacaq

İcbari Sığortaya görə CƏRİMƏLƏR ARTIRILACAQ

Azərbaycanda icbari sığortanın olmamasına görə cərimələr artırılacaq. 

İnsider.az xəbər verir ki, bu İnzibai Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur.

Belə ki, Azərbaycan Respublikası  İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə  ediləcək dəyişikliyə görə, icbari qaydada sığortalanmama ilə bağlı cərimələrin məbləğinin bəzi hallarda (xüsusilə qeyri-yaşayış sahələri üzrə) sığorta haqqından dəfələrlə az olması səbəbindən cərimələrin məbləğinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Dəyişikliyin 2019-2020-ci illər ərzində qəbul edilməsi gözlənilir.