ictimai-nezaret-merkezine-icraci-direktor-secilib

İctimai Nəzarət Mərkəzinə icraçı direktor seçilib

9 iyun tarixində İctimai Nəzarət Mərkəzinin (İNM) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Mərkəzin fəaliyyətində çevikliyi artırmaq və işin səmərəliliyini yüksəltmək məqsədi ilə İdarə Heyətinin üzvləri tərəfindən Əsasnamədə dəyişiklik edilərək, icraçı direktor vəzifəsi təsis olunub.

Bu vəzifəyə İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.

Qeyd edək ki, İctimai Nəzarət Mərkəzi cari ilin aprel ayının 7-də ölkənin 70-dən çox Qeyri-hökumət Təşkilatının təşəbbüsü ilə yaradılıb, qurumun idarəçiliyinin həyata keçirilməsi üçün 13 QHT rəhbərindən ibarət İdarə Heyəti seçilib.