İslam İnkişaf Bankının (IDB) missiyası Azərbaycana gəlib.
İnsider.az xəbər verir ki, missiyaya Bankın eksperti Bayu Sunaryonun (Bahyu Ssunaryo) rəhbərlik edir.
Missiya IDB-nin Azərbaycanda dəstəklədiyi 2 əsas layihə ilə bağlı işlərin gedişatını yoxlayacaq. Bu layihələrdən biri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi, digəri isə Azərbaycan hökuməti, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (International Found for Agrecultura Development - IFAD) və IDB-nin birgə layihəsi olan “Kənd yerlərinin kompleks inkişafı layihəsi”dir.
I layihənin icraçısı “Azərsu” ASC, II layihənin icraçısı isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müəyyən edilib. IDB rəsmiləri hər iki qurumda olub, həmçinin regionlarda layihələrin icrası ilə maraqlanıblar.
Missiyanın işini sabah başa çatdırması planlaşdırılır.
©Report