Kraliça II Elizabet beş aydan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. O, ötən il aprelin 9-da dünyasını dəyişən əri Şahzadə Filipin xatirəsinə keçirilən kilsə mərasimində iştirak edib.
Mərasimdən çəkilmiş kadrlarda kraliçanın əsaya söykənərək oğlu Şahzadə Endryu ilə birlikdə hərəkət etdiyi görünür.
Xatırladaq ki, fevral ayında kraliçanın koronavirusa yoluxduğu bildirilmişdi. İnfeksiya onun oğlu Şahzadə Çarlzda və gəlini hersoginya Kamillada, həmçinin Bukingem sarayının əməkdaşlarından bir neçə nəfərdə də aşkarlanmışdı.
Oxu.Az