Kraliça II Elizabetin səkkiz nəvəsi 17 sentyabr günü Vestminster sarayında tabutun başında olacaq.
Məlumata görə, mərasim şənbə günü axşam baş tutacaq və 15 dəqiqə davam edəcək. Uels Şahzadəsi Uilyam nənəsinin tabutuna ən yaxın dayanacaq. Onun arxasında isə qardaşı, Sasseks hersoqu Harri olacaq.
Kral III Çarlzın xahişi ilə Uilyam və Harri mərasimdə hərbi geyimdə iştirak edəcəklər. Baxmayaraq ki, şahzadə Harri kral ailəsi üzvünün vəzifələrini yerinə yetirməkdən imtina edib, Kral III Çarlz yenə də onun hərbi geyimdə olmasını istəyib.
II Elizabetin qalan oğlan nəvələri mülki kostyumda, qız nəvələri isə tünd paltarda olacaqlar.