ikiztepe-sagliq-zirvesi-isine-basladi

İkiztəpə Sağlıq Zirvəsi işinə başladı

Samsun İkiztepe Sağlamlıq Sammiti 16-17-18 May 2024-cü il tarixlərində Türkiyənin turistik şəhərlərindən biri olan Samsunda işinə başladı

İkinci Samsun İkiztepe Sağlamlıq Zirvəsi! Mayın 16-17-18-də baş tutacaq bu zirvə ikiztəpə arxeoloji qazıntılarında beyin əməliyyatı keçirmiş və üzə çıxarılan insan skeletlərindən ilhamlanaraq hazırlanıb. Bu skeletlər Samsunun sağlamlıq tarixində dönüş nöqtəsini təmsil edir.

İnsider.az xəbər verir ki, Samsun İkiztepe Sağlamlıq Zirvəsi səhiyyə sektorunun aparıcı adlarını bir araya gətirəcək və səhiyyə xidmətləri, tibbi texnologiyalar və gələcək sağlamlıq tendensiyaları haqqında dərin müzakirə və məlumat mübadiləsi imkanı təqdim edəcək.

Sammit təkcə tibb və səhiyyə mütəxəssislərini deyil, həm də səhiyyə sənayesinin digər maraqlı tərəflərini, tədqiqatçıları və alimləri bir araya gətirərək geniş iştirakçı kütləsinə müraciət edəcəkdir.

Samsunun Bafra səmtində yerləşən İkiztəpənin tarixi mirasına istinad edən bu mühüm tədbir səhiyyə sahəsində araşdırmaların və kəşflərin dəyərini vurğulamaq üçün təşkil edilir.

Bu önəmli tədbirdə Azərbaycanı 30-a yaxın üzvü olan heyət ilə qatılıb. Heyətin tərkibinə Tibbi mmüəssisələrin elə cə turizm şirkətlərinin əməkdaşları daxildir. 

Səbinə Səmidxan