il-76-nin-yaradicisi-vefat-etdi

“İl-76”nın yaradıcısı vəfat etdi

İlyuşin adına aviasiya kompleksinin keçmiş baş konstruktoru, “İl-76” təyyarəsinin yaradıcısı Qenrix Novojilov  94 yaşında dünyasını dəyişib.

İnsider.az xəbər verir ki, bu haqda “RİA Novosti” konstruktora yaxın olan mənbəyə istinadən məlumat yayıb.

Novojilovun son günlərini reabilitasiya keçdiyi xəstəxanada keçirdiyi bildirilir.

Qenrix Vasilyeviç Novojilov – Sovet və Rusiya aviakonstruktoru, ikiqat Sosialist əmək qəhrəmanı, texniki elmlər doktoru, professor, SSRİ Elmlər Akademiyasının akademiki olub. İl-76 tipli ağır hərbi-nəqliyyat təyyarəsinin layihəsinin yaradıcısıdır. 

Həmçinin, İl-96 geniş füzelyajlı sərnişin təyyarəsinin və iki mühərrikli turbovintli İl-114 təyyarələrinin yaradılmasında iştirak edib.