“Bu ilin sonuna qədər daha üç DOST mərkəzi fəaliyyətə başlayacaq".
İnsider.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən 1 saylı DOST mərkəzi Yasamal və Səbael rayonundan olan vətəndaşlara xidmət göstərir: "Yeni açılacaq DOST mərkəzləri Binəqədi, Xəzər və Nizami rayonlarında olacaq. Bu ilin sonuna qədər 400-dən çox könüllünü yeni açılacaq DOST mərkəzlərinə cəlb edəcəyik".
©APA