2020-ci ilin ilk 4 ayında Bakı Fond Birjasının ilkin səhm bazarında əməliyyat həyata keçirilməyib.
İnsider.az xəbər verir ki, ötən ilin ilk 4 ayında 300 min manatlıq əqd qeydə alınsa da cari ilin ilk 4 ayında ticarət reallaşmayıb.
Səhm və istiqrazlardan ibarət olan ilkin korporativ qiymətli kağızlar bazarında ilk 4 ayda cəmi 52 milyon 97 min manatlıq 5 əqd bağlanıb. Əqdlərin 50 milyon 97 min manatı ipoteka istiqrazları, 2 milyon manatı digər istiqrazlar ilə bağlı olub.
Təkrar korporativ qiymətli kağızlar bazarı da ipoteka istiqrazları ilə bağlıdır. Bu bazardakı 836 milyon 139 min manatlıq əqdin 98%-ni və ya 829 milyon 372 min manatını ipoteqa istiqrazları üzrə əqdlər təşkil edib.
Ümumiyyətlə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 3 milyon 256 min manat təşkil edib. Əməliyyatların 100%-ə yaxını dövlət istiqrazları, Mərkəzi Bankın notları, SOCAR-ın və İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazları ilə bağlı olub. Özəl sektorun qiymətli kağızlar buraxılışına marağı sıfıra yaxındır.
Marja