ilon-mask-11-sentyabr-hadiselerinden-daha-pis-bir-sey-olacaq-foto

İlon Mask: “11 sentyabr hadisələrindən daha pis bir şey olacaq…” - FOTO

“11 sentyabrdan daha pis bir şeyin təməli qoyulur”.

Bu sözləri iş adamı, sahibkar İlon Mask özünün “X” hesabında yazıb.

Bayden administrasiyası ABŞ-yə yoxlamadan keçirilmədən 320 min miqrantın gətirildiyini etiraf etdikdən sonra Maskdan bununla bağlı tənqidi paylaşım gəlib. O bildirib ki, Bayden administrasiyası ölkəyə gizli şəkildə qeyri-qanuni mühacirlər “idxal edir” və onların ölkəyə buraxılması ilə milli təhlükəsizliyə risk yaradır.

“Çox güman ki, 11 sentyabr hadisələrindən daha pis bir şey üçün təməl qoyulur. Bu, sadəcə zaman məsələsidir”, - deyə Mask qeyd edib.