ilon-mask-abs-sirket-rehberlerinden-en-yuksek-maasi-alan-sexs-oldu

İlon Mask ABŞ şirkət rəhbərlərindən ən yüksək maaşı alan şəxs oldu

İlon Maskın “Tesla” korporasiyasında 2018-ci ilin yekunları üzrə aldığı mükafat 2,28 milyard dollar təşkil edib. O, ABŞ şirkətlərinin ən yüksək maaş alan rəhbərləri reytinqinə başçılıq edir.

İnsider.az bu barədə “The New York Times” qəzetinə istinadla bildirir.

Qeyd olunan reytinqdə fiks edilmiş maaşın həcmi, həmçinin bonuslar və müxtəlif əlavələr, o cümlədən səhmlə ödənclər nəzərə alınıb. Milyarderin əmək haqqısı cəmi 55 min dollara bərabər olub.

2017-ci illə müqayisədə İlon Mask 45 min dəfə çox qazanıb.

Xatırladaq ki, daha əvvəl “Tesla” səhmdarları tərəfindən İlon Maskın mükafatını korporasiyanın göstəricilərinə calamaq qərarı alınmışdı.

Samirə Məmmədova