Koronavirus məhdudiyyətlərinə qarşı çıxan dünyanın üçüncü ən zəngin insanı İlon Mask vaksinasiya əlçatan olduğu vaxt peyvənd vurdurmayacağını bildirib.
Bu barədə “Daily Star” xəbər yayıb.
Biznesmen qərarını özü və ailəsinin risk altında olmaması ilə izah edib.
Jurnalistin ölüm sayının arta biləcəyi ilə bağlı sualını cavablandırdıqda isə İ.Mask bütün insanların nə vaxtsa öləcəyini deyib.
“Bütün bunlar (pandemiya ilə bağlı vəziyyət – red.) ümumiyyətlə insanların irrasionallığı səbəbindən insanlığa olan inamımı azaldıb”, - deyə o bildirib.