“Space X”in yaradıcısı və baş direktoru İlon Mask Kaliforniyadakı villasını satdıqdan sonra rəsmən evsiz qalıb.
Milyarder əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektar sahəsi olan villa onun “son evi” olub, belə ki, bundan əvvəl o, ştatdakı digər bütün malikanələrini satıb.
Qeyd edək ki, “Guignécourt” kimi tanınan bir əsrlik mülk, hətta Maskdan əvvəl də parlaq tarixə malik olub. Bina 1912-ci ildə böyük “qızıl hərisliyi” dövründə Kaliforniyalı varislə evlənən Fransalı Qraf Kristian de Qinye tərəfindən tikdirilib.
Xatırladaq ki, Mask bütün daşınmaz əmlakdan qurtulacağına söz vermişdi.
Mənbə: Fox News