ilon-mask-vladimir-putini-duele-cagirdi-foto

İlon Mask Vladimir Putini “duelə” çağırdı - FOTO

“Tesla”nın baş direktoru və “SpaceX”in təsisçisi İlon Mask Rusiya dövlət başçısı Vladimir Putini “duel”ə çağırdığını açıqlayıb. ABŞ-da olan sahibkar bu barədə Twitter profilində yazıb.

İnsider.az xəbər verir ki, Maskın sözlərinə görə, bu “mübarizə” Ukrayna uğrunda olacaq.

“Mən Vladimir Putinə meydan oxuyan. Təkbətək mübarizə. Mükafat - Ukraynadır”, - Mask bildirib.

İş adamı əlavə olaraq Rusiya tərəfinin belə bir mübarizəyə razı olub-olmadığını soruşub. Eyni zamanda Mask xəbərin dərc olunduğu Kremlin rəsmi hesabını işarələyib.

Sosial şəbəkədə bir istifadəçinin sualına Musk “tamamilə ciddi olduğunu” və Putinin çağırışı qəbul edəcəyi təqdirdə “onun üçün şərəf olardı” cavabını verib.

Daha öncə Mask xammal sahəsində “SpaceX” və “Tesla”-ya inflyasiya təzyiqlərindən danışmışdı.

Mask həmçinin neft və qaz hasilatını dərhal artırmağa çağırıb. O, bunun “Tesla”ya mənfi təsir edəcəyini qeyd edib.

Səbinə Səmidxan