“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, amerikalı sahibkar İlon Mask “Twitter”in baş ofisini evsizlər üçün sığınacağa çevirməyi təklif edib.
O, “Twitter” hesabında bununla bağlı sorğu keçirib.
Səs verən 1,85 milyon istifadəçinin 91 %-dən çoxu iş adamının ideyasını dəstəkləyib, 8,7 %-i isə əleyhinə çıxıb.