Milyarder İlon Mask Ontarioda Kinqstondakı Kraliça Universitetində 17 yaşlı tələbə olduğu vaxt, qısa müddət ərzində yeməyə günə 1 dollar xərcləməli olub.
İnsider.az-ın məlumatna əsasən, Mask "StarTalk" podkastında Nil de Qrass Taysona müsahibəsində bildirib ki, Cənubi Afrikadan Kanadaya köçəndən sonra, o, həqiqətən də yeməyə bu qədər az xərcləməklə yaşaya biləcəyini hesablamaq üçün bu eksperimenti aparmalı olub.
Nəticədə, ərzaq almağa aylıq 30 Kanada dollarına müvafiq büdcə ayırır və bu məbləğ ona kifayət edir.
"Siz sadəcə supermarketdə ərzaqları topdan alırsınız", - o deyir və etiraf edir - müəyyən müddət sonra siz həqiqətən hotdoq və portağaldan bezirsiniz". Makaron və yaşıl bibər də onun əsas qida məhsulları olub.
Əlbəttə, bu, bir neçə onillik öncə olub və Mask bunu evdə sınamağı tövsiyyə etmir.
"Mən heç kimi günə 1 dollara yaşamağa həvəsləndirməzdim. Bu, elə də super əyləncəli bir şey deyil idi. Bundan başqa, mən bunu hələ 1990-cı ildə etmişdim, o zaman dolların məzənnəsi də fərqli idi. Bugün eyni şeyi etmək qat-qat çətin olardı. Əslində, o vaxtın 1 Kanada dolları, inflyasiya və konversiya əmsalı daxil, bugünün 1,64 ABŞ dolları edir, - deyə Mask bildirir.
Samirə Məmmədova