“Beynəlxalq Valyuta Fondu (IMF) bu il Orta Şərq və Mərkəzi Asiya (MENAP) ölkələrində 0,4%-lik inkişaf proqnozlaşdırır”.
İnsider.az xəbər verir ki, bu barədə qurumun hazırladığı “Regional Economic Outlook”un aprel buraxılışında bildirilir.
Ötən il açıqlanan hesabatda isə bu rəqəm 0,6% olaraq göstərilmişdi. IMF hesab edir ki, bu əsasən İrana qarşı yenilənən sanksiyalar və dekabrda qüvvəyə minən OPEC+ sövdələşməsi ilə əlaqədardır.
“Regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatı 2020-ci ildə 2,8%, 2021-2024-cü illərdə isə iqtisadi artım 2%təşkil edəcək. Bu regionun neft idxalçılarında isə həmin rəqəm 2019-cu ildə 2,1%, 2020-ci ildə - 2,9%, 2021-2024-cü illərdə isə 2,6%-ə bərabər olacaq”, -hesabatda deyilir.
IMF-in Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) isə bildirib ki, qiymətlərin mövcud artımına baxmayaraq, neftin orta müddətli qiymət proqnozları ortalama 60 dollar/barel koridorunda olacaq.
©Report