Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad edilib.
İnsider.az xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalanıb.
Mətləb Ağakərim oğlu Kərimov öz istəyi ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən ayrılıb.
Qeyd edək ki, M.Kərimov 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
© Report