inam-kerimov-edalet-muhakimesi-sahesinde-de-reqemsallasdirma-gedir

İnam Kərimov: Ədalət mühakiməsi sahəsində də rəqəmsallaşdırma gedir

“Hər bir rəqəmsal layihə dövlətin hüquqi siyasətinə uyğunlaşdırılır. Ədalət mühakiməsi sahəsində də rəqəmsallaşdırma gedir. Elektron məhkəmə sistemi təsis edilib və bu sistemin işləməsi digər sistemlərlə qarşılıqlı çalışır. İzolyasiya edilmiş formada heç bir layihə uğurlu ola bilməz”.

Bunu Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmsallaşma ilə elektronlaşmanın fərqi mövcud vəziyyəti proseslərin də sürətlənməsinə rəvac verəcəkdir:

“Əgər bir məsələnin həlli üçün bir neçə mərhələ gözlənilirdisə, elektronlaşma bu mərhələləri daha da qısaldır. Ədalət mühakiməsi üçün bu vacib məqamdır. Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb. “E-Justice” platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir”.

Oxu.Az