indoneziyanin-paytaxti-deyisecek

İndoneziyanın paytaxtı dəyişəcək

İndoneziya höküməti 2024-cü ilə hakim orqanların Kalimantan adasında yerləşəcək yeni paytaxta köçəcəyinə ümid edir. İnsider.az bu barədə “The Jakarta Post”-a istinadla xəbər verir.

Verilən məlumata əsasən, paytaxt köçürülməsinin bütün məsələlərilə məşğul olacaq ayrıca strukturun yaradılması planlaşdırılır.

Kalimantan adasında dəqiq yerin seçimi ilə bağlı qərar cari il ərzində veriləcəyi deyilir.

Bununla yanaşı hökümət ekspertləri Mərkəzi Kalimantan əyalətində yerləşən Palankaraya şəhərinə üstünlük verirlər. Onu İndoneziyanın ən uğurlu planı salınmış və və gözəl şəhərlərindən biri adlandırırlar. İndoneziya hökümətinin paytaxtı köçürmə planları barədə hələ cari ilin aprelində məlum olmuşdu.

Qeyd edək ki, Kalimantan adası seysmik təhlükəsiz rayonda yerləşir.

Samirə Məmmədova