ingiltere-bankina-yeni-rehber-secilib

İngiltərə Bankına yeni rəhbər seçilib

Hazırda Böyük Britaniyanın Maliyyə Tənzimlənməsi və Nəzarəti İdarəsinin rəhbəri olan britaniyalı Endryu Beyli İngiltərə Bankının yeni rəhbəri seçilib.

İnsider.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

2013-cü ildən 2016-cı ilə qədər ölkənin mərkəzi bankı funksiyasını daşıyan İngiltərə Bankının rəhbər müavini vəzifəsini icra etmiş E.Beyli bu vəzifədə kanadalı Mark Karnini əvəz edəcək. O, 2013-cü ildən banka rəhbərlik edir və daha əvvəl 2020-ci il yanvarın 31-də istefa verəcəyini açıqlayıb.

Nəşrin məlumatına görə, E.Beylinin təyinatı rəsmi olaraq dekabrın 21-də elan edilməlidir. O, Avropa və dünyanın ən qədim mərkəzi banklarından biri olan İngiltərə Bankının 325 illik tarixi ərzində 121 idarəçi olacaq.

Banka rəhbərliyi tərkibinə bankın idarəçisi və müavinləri də daxil olan Direktorlar Şurası həyata keçirir. Onların hamısı kral fərmanı ilə təyin olunur. İdarəçinin səlahiyyət müddəti 8 ildir, müavinlər üçün isə bu müddət uzadılmaq imkanı ilə 5 ildir. 

© Report