ingilterede-sakinlere-her-ay-1600-funt-verilecek

İngiltərədə sakinlərə hər ay 1600 funt veriləcək

İki il ərzində Böyük Britaniyanın 30 sakini hər ay 1600 funt-sterlinq baza gəliri əldə edəcək.

Mütəxəssislər təcrübə zamanı bu cür gəlirlərin subyektlərin həyatına təsirini öyrənəcəklər.

Test subyektləri ölkənin iki yerindən - İngiltərənin şimal-şərqindəki Carrou şəhərindən və Londonun şimalındakı İst Finçli bölgəsindən seçiləcəklər.

Qeyd olunur ki, hazırda layihə üçün maliyyə dəstəyi axtarılır. Proqramda iştirak etmək istəyənlər təsadüfi seçimlə müəyyən ediləcəklər.

Bildirilir ki, universal baza gəliri insanların əsas ehtiyaclarını ödəyəcək. İqlim dəyişikliyi, eləcə də qarşıdan gələn texnoloji irəliləyişlər və sənaye inqilabına keçid nəzərə alınmaqla, cəmiyyətin gələcək illərdə baza gəliri sisteminə ehtiyacı olacaq.

Oxu.Az