Ohayo ştatının universitetindən olan alimlər qrupu normal və uzun həyat yaşamaq üçün insana nə qədər istirahətin lazım olduğunu müəyyən ediblər.
Araşdırma nəticəsində müəyyən olub ki, insana illik məzuniyyətin ən azı üç həftəsi lazımdır. Tədqiqat nəticəsində ildə 21 gündən az məzuniyyətdə olmuş şəxslər 37% daha çox ölüblər.
Bununla yanaşı, hətta işsiz dörd gün dalbadal keçirmək, stressin səviyyəsini azaldaraq, orqanizmə müsbət təsir edir. Bir həftə istirahətdən sonra tədqiqatda sınaqdan keçənlərin qanında orqanizmin qocalmasına işarə edən biomarkerlərin sayı azalıb.
Optimal olaraq, insana məzuniyyət hər 62 iş günündən bir lazımdır, yəni tətillərin arasındakı fasilə üç ayı keçməməlidir.
Samirə Məmmədova