intel-in-i-rubde-xalis-geliri-4-azaldi

“Intel”-in I rübdə xalis gəliri 4% azaldı

Dünyanın ən iri kompüter komponentləri istehsalçılarından biri, ABŞ-ın “Intel” şirkətinin xalis gəliri 2018-ci ilin anoloji dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə 4% azalıb.

İnsider.az bildirir ki, bu barədə şirkətin yaydığı relizdə deyilir.

Şirkətin hesabatına əsasən, xalis gəlir 4 milyard dollara qədər azalıb.

Səhm üzrə sulandırılmış gəlir əvvəlki ilin 0,93 dollarına (1,58 AZN) qarşı 0,87 dollar (1,48 AZN) təşkil edib.  Mənfəət ötən ilin anoloji dövrü ilə müqayisədə dəyişməyərək,16,1 milyard dollar təşkil edib.

Şirkət proqnozlaşdırır ki, ikinci rübdə mənfəət təxminən 15,6 milyard dollar edəcək, bütün il üzrə isə təqribən 69 milyard dollara çatacaq.

Qeyd edək ki, ABŞ-ın “Intel” şirkəti 1968-ci ildə təsis edilib. O, mikroprosessor daxil, elektron cihaz və kompüter komponenetlərinin geniş spektrini istehsal edir.

Samirə Məmmədova