Astronomlar dekabrın ortalarında planetimizin ətrafında güclü meteor yağışı vəd edirlər.
Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşları bildiriblər ki, dekabrın 14-də meteor yağışı zamanı saatda 150-yə qədər ulduz səmadan düşəcək.
Onların sözlərinə görə, Hemini meteor yağışı bu gündən etibarən Yer səmasında aktivliyini kəskin şəkildə artıracaq. Onun pik nöqtəsi isə məhz dekabrın 14-ə təsadüf edəcək.
Oxu.Az